Vətən müharibəsi şəhidinin atasına medal təqdim olunubbackend

Bu gün Vətən Müharibəsi şəhidi, Xüsusi Təyinnatlı Qüvvələrin mənsubu olmuş, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş mərhum gizir Kərim Əliyevin atası Məhəmmədəli Əliyevin 54 yaşı tamam olur.

Bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən şəhid ailəsinə ziyarət təşkil olunmuş və Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərancamı ilə təltif olunduğu “Füzulinin azad olunmasına görə” medalı şəhidin atasına yaşadığı Ucar rayonu Alpout kəndində təqdim olunmuşdur.

Onu da qeyd edirik ki, Məhəmmədəli Əliyevin özü 1 -ci Qarabağ müharibəsinin iştirakçısı, bir neçə uğurlu əməliyyatların bir başa iştirakçısı və qurucularından olmuşdur.
Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlığını bildirmişdir.