Vətən müharibəsində şəhid olan qardaşlarbackend

Vətən müharibəsində şəhid olan qardaşların – Məmmədzadə İman və Məmmədzadə Bəhrəmin məzarını Doğru.az informasiya agentliyi ziyarət etdi.

Doğru.az xəbər verir ki, məzarlığa ziyarətə gələnlərin ürəyini bu foto dağlayır. Qeyd edək ki, İman və Bəhrəm döyüşlərə Füzuli rayonunda başlayıblar. Füzuli, Cəbrayıl və Zəngilanın kəndlərinin işğaldan azad edilməsində iştirak ediblər.İki qardaşın son döyüşləri isə Xankəndi uğrunda olub. Hər zaman bir yerdə olan qardaşlar döyüşdə də bir-birilərini tək buraxmayıblar. Qardaşlar eyni döyüşdə, eyni anda şəhid olublar.

Yaşayanda bir-birini tək buraxmadıqları kimi sonda da bir yerdə şəhid olublar. Doğru.az saytın direktoru İlqam Cəbiyev və jurnalist Səbuhi Eltonlu Xəzər rayonu Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında uyyan şəhidlərimizi ziyarət edən zaman şəhid olan iki qardaşın ürək dağlayan məzarlarını diqqətə yönəltdik. Bununla yanaşı fotonun yaddaşına,yazıya köçürə bildik.