Vətəndaşlar müraciət etdi, “Bakı Metropoliteni” hərəkətə keçdibackend

Bakı metropolitenin stansiyalarında yerləşdirilən ödəmə terminallarından istifadə məqsədilə stansiyalara giriş açılıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, stansiya vestibüllərinin yalnız ödəmə terminallarından istifadə üçün açılmasına qərar verilib:

“Bu qərar Bakı Nəqliyyat Agentliyindən daxil olan, habelə vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, “BakıKart” istifadəçilərinin rahatlığını təmin etmək məqsədilə qəbul edilib. Həftənin şənbə və bazar günləri istisna olmaqla stansiya vestibüllərindəki ödəmə terminallarından istifadə etmək mümkün olacaq. Bu o demək deyil ki, metro fəaliyyətə başlayır. Bu barədə qərarı Nazirlər Kabineti yanında operativ qərargah verəcək”.