Moldovanın Avropaya inteqrasiyası üzrə referendum üçün bülletenlərin 98,33%-nin işlənməsinin nəticələrinə əsasən, vətəndaşlar müvafiq qərarın lehinə səslərin 50%-dən çoxunu veriblər.
Bu barədə Sputnik.Moldova Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir.
49,97% Kişinyovun Avropaya inteqrasiyasının əleyhinə səs verib.
Bildirilib ki, oktyabrın 21-i bazar ertəsi səhər saat 7.00-da səslərin faizi bərabər olub və tam olaraq yarıya bölünüb, 721 760 Moldova vətəndaşı Avropa Birliyinə üzvlüyün lehinə, 721 672 isə əleyhinə səs verib.