“Vətənpərvərlik” mövzusunda vebinar keçirilibbackend

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Vebinar Club”un birgə təşkilatçılığı ilə “Vətənpərvərlik” mövzusunda vebinar keçirilib.

Vebinarda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi, xüsusi təyinatlı hərbiçi, ehtiyatda olan gizir Natiq Mehdiyev və 100 nəfər gənc və yeniyetmə iştirak etmişdir.
İlk olaraq vebinar iştirakçıları salamlayan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qeyd etdi ki, vebinarın əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunu yüksəltmək və onlara bu hissi daha dərindən aşılamaq, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda aparılmış döyüşlərdə qəhrəmanlıq göstərmiş igid hərbçilərlə görüşünü təşkil etməkdir.
Sonra çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi, xüsusi təyinatlı hərbiçi, ehtiyatda olan gizir Natiq Mehdiyev qeyd etdi ki, Vətən uğrunda canlarından keçmiş şəhidləri, eləcə də döyüşlərdə qəhrəmanlıq göstərmiş qaziləri unutmaq mümkün deyil. Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Məhz buna görə də vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir.

Sonda yeniyetmələr vətənpərvərlik mövzusunda şeirlər söylədilər və qazimiz tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.

İctimai.az