Vilayət Eyvazov rəisi nöqsanlara görə işdən çıxardıbackend

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

İctimai.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi Ramin Bağırov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

O, sərəncama götürülüb.

İctimai.az