Viroloq yeni pandemiyanın qaçılmazlığı barədə xəbərdarlıq edibbackend

Yeni bir pandemiya qaçılmazdır. Bu barədə South China Morning Post 2003-cü ildə SARS virusunu aşkar edən virusoloq Malik Peirisin müsahibəsinə istinadən xəbər verir.

Alimin sözlərinə görə, tənəffüs yoluxucu viruslar yayılma sürətinə görə ən böyük təhlükə yaradır. Son 20 ildə intensiv heyvandarlıq, qlobal turizm və ekzotik heyvan ticarəti sayəsində 3-4 ildən bir yeni patogenlər (SARS, donuz qripi, Ebola, Mpox) yaranıb.

“COVID-19 pandemiyaların təkcə sağlamlıq üçün deyil, həm də iqtisadiyyat üçün dağıdıcı olduğunu açıq şəkildə göstərdi […] İnsan, heyvan və ətraf mühitin sağlamlığı sahələrində mütəxəssislərin birgə işi olmadan insanları qorumaq mümkün deyil.”