Rəqəmsal ödənişlər sahəsində qlobal lider olan Visa (NYSE: V) şirkəti bu gün likvidlik və infrastruktur həlləri üzrə qlobal rəqəmsal aktivlər platforması eksperti olan Aquanow ilə tərəfdaşlıq yolu ilə Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) regionunda stabilkoin ödəniş imkanlarını genişləndirdiyini elan etdi.
Aquanow-nun rəqəmsal aktiv infrastrukturunun Visa-nın dünya səviyyəli texnologiya dəsti ilə inteqrasiyası, Visa-nın emitent və alıcı şəbəkəsinin USDC kimi təsdiq edilmiş stabilkoinlər vasitəsilə əməliyyatlar aparmasına imkan verəcək, bununla da xərcləri, əməliyyat çətinlikləri və hesablaşma müddətlərini azaldacaq.
Maliyyə institutları arasında daha sürətli və daha səmərəli transsərhəd əməliyyatlara olan yüksək tələbat olduğundan, Visa şirkəti 365 günlük hesablaşmanı dəstəkləməklə pul vəsaitlərinin hərəkətinin “backend”ini rəqəmsallaşdırmaq üçün stabilkoinlərdən istifadə edir. 2023-cü ildə Visa şirkəti müştərilərinə USDC-də hesablaşma öhdəliklərini yerinə yetirməyə imkan verən pilot layihə həyata keçirməklə əməliyyatları stabilkoinlə həyata keçirən ilk böyük ödəniş şəbəkələrindən biri oldu. Bu günə qədər aylıq satış həcmi illik 2,5 milyard ABŞ dollarlıq həddi keçib.
“Visa-nın etibarlı qlobal şəbəkəsi uzun müddətdir ki, pul vəsaitlərinin təhlükəsiz və səmərəli hərəkətini təmin etmişdir. Visa və Aquanow birlikdə maliyyə institutlarının rəqəmsal iqtisadiyyatda iştirakı üçün yeni imkanlar açır, sürətli və şəffaf internet üzərindən ödəniş etmək üçün stabilkoin texnologiyasından istifadə edirlər” – deyə, Aquanow şirkətinin Baş icraçı direktoru Fil Şam bildirib.
Visa haqqında
Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və regionunda istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Şirkətin missiyası innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın hamı üçün genişləndirilməsi bütün dünyada insanların güzəranını yaxşılaşdırır və pulların gələcək qlobal hərəkətinin əsası təşkil edəcək. Daha ətraflı məlumat üçün: visa.com.az.
Aquanow haqqında
Aquanow sürətlə böyüyən banklar, neobanklar, broker şirkətləri və ödəniş şirkətlərinə dəstək verən, likvidlik və infrastruktur sahəsində dərin təcrübəyə malik qlobal institusional rəqəmsal aktiv platformasıdır. Şirkət texnoloji infrastrukturu idarə edir və hər ay milyardlarla ABŞ dolları dəyərində kripto broker və ödəniş əməliyyatlarını maliyyələşdirir. 2018-ci ildə qurulan Aquanow-nun dünya üzrə ofislərində 170-dən çox işçisi var. Aquanow 2024-cü ildə, ardıcıl ikinci il “Deloitte Technology Fast 500” siyahısında yer almış və 4 illik gəlir artımı 3022% səviyyəsinə çatmışdır. Aquanow haqqında daha ətraflı məlumat üçün www.aquanow.com saytına daxil olun.
Aquanow BƏƏ-də Dubay Dünya Ticarət Mərkəzində yerləşən və L-2795 lisenziya nömrəsi altında fəaliyyət göstərən və Dubayın Virtual Aktivlərin Tənzimlənməsi Orqanı tərəfindən tənzimlənən “Aquanow ME FZE” vasitəsilə fəaliyyət göstərir. Şirkətin Broker-Diler xidmətləri, Kredit və Borc xidmətləri, İdarəetmə və İnvestisiya xidmətləri də daxil olmaqla lisenziyalı (VL/24/01/001) fəaliyyətlərlə məşğuldur. Virtual aktivlər qiymət dəyişikliyi və investisiyalarınızı itirmə ehtimalı da daxil olmaqla müxtəlif risklərlə müşayiət olunur. Onlar maliyyə mühafizəsi ilə təmin olunmur, buna görə də bu riskləri tam başa düşmək vacibdir.










