Visa “Trusted Agent Protocol”u təqdim etdibackend

Visa Inc. (NYSE: V) şirkəti bu gün agentlərlə ticarət üçün təməl çərçivə yaradan “Trusted Agent Protocol”u (Etibarlı Agent Protokolu) təqdim etdi. Protokol əməliyyatın hər bir addımında süni intellekt agentləri və satıcılar arasında təhlükəsiz əlaqə yaratmağa imkan verir. “Trusted Agent Protocol” agentlər tərəfindən idarə olunan ticarət qarşısında duran unikal problemləri həll etməyi hədəfləyir. O, həm də Sİ agentləri arasında etibar təmin etməklə süni intellektin istehlakçılar adından axtarış, müqayisə və ödəniş edə biləcəyi yeni bir eranın başlanğıcıdır. Visa şirkəti Cloudflare ilə əməkdaşlıqda işlənib-hazırlanmış bu protokolun təqdimatı ilə intellektual ödənişlərin inkişaf edən ekosistemində daha təhlükəsiz və daha qüsursuz qarşılıqlı əlaqəni dəstəkləmək öhdəliyini gücləndirir. “Trusted Agent Protocol” bu gün Visa Developer CenterGitHub-da əlçatandır.

Ötən il ərzində ABŞ-də pərakəndə satış saytlarına süni intellektlə idarə olunan trafik 4700%-dən çox artıb, alış-veriş etmək üçün süni intellektdən istifadə edən alıcıların[1] 85%-i isə bunun alış-veriş təcrübələrini yaxşılaşdırdığını bildirib. Ancaq getdikcə daha çox Sİ agenti istehlakçılar adından internetdə gəzindikcə və alış-veriş etdikcə satıcılar yeni problemlərlə üzləşirlər:

  • Qanuni agent əməliyyatlarını səhvən bloklaya biləcək bot aşkarlama sistemlərinin idarə edilməsi
  • Agent tərəfindən idarə olunan qonaq və səlahiyyətli istifadəçi tərəfindən yoxlama dəstəyi
  • Agent və ödəniş məlumatları üçün istehlakçı məlumatlarının görünənliyinin qorunması

“Trusted Agent Protocol” təsdiqlənmiş agentlərin kritik məlumatları satıcılara etibarlı şəkildə ötürməsinə imkan verməklə bu problemlərin həllini hədəfləyir. Bu, kommersiya niyyəti olan etibarlı agentləri tanımaq üçün çox ehtiyac duyulan bir platforma təmin edir və onları zərərli avtomatlaşdırma və işə yaramaz botlardan fərqləndirir. Bu protokolu işləyib-hazırlayarkən Adyen, Ant International, Checkout.com, Coinbase, CyberSource, Elavon, Fiserv, Microsoft, Nuvei, Shopify, Stripe və Worldpay daxil olmaqla digər ilkin tərəfdaşlardan geniş rəy almışıq.

“İnanırıq ki, bütün ödəniş ekosistemi satıcıların ən yaxşı müştərilərinə və şəbəkələrinə etibar etdikləri kimi Sİ agentlərinə etibar edə bilməsi üçün məsuliyyət daşıyır”, – deyə, Visa-nın Məhsul və Strategiya direktoru Cek Forestell bildirib. “Ötən il ərzində biz satıcılar, emitentlər və tərəfdaşlarla sıx əməkdaşlıq etdik. Məqsəd agentin başlatdığı əməliyyatların bugün edilən ödənişlər qədər asan və təhlükəsiz keçməsini təmin etmək idi. Yeni agentlik protokolumuz satıcılar üçün kod istifadə etmədən, satın almaq niyyətində olan agentləri etibarlı şəkildə müəyyənləşdirmək və onların tanınmış istifadəçiləri üçün daha yaxşı ödənişlər və fərdiləşdirilmiş təcrübə təmin etmək məqsədilə funksionallıq yaratmağı hədəfləyir.”

“Ticarətin gələcəyini təmin etmək, xüsusən də süni intellekt agentlərinin istehlakçılar adından fəaliyyət göstərməyə başladığı bir dövrdə, ortaq bir məsuliyyətdir”, – deyə Cloudflare şirkətinin

Strategiya direktoru Stefani Koen bildirib. “Visa ilə “Trusted Agent Protocol” üzərində apardığımız birgə iş bu yeni ekosistem üçün zəruri müdafiə vasitələrinin yaradılması istiqamətində mühüm addımdır.”

Süni intellekt vasitəsilə alış-veriş dövründə satıcılara dəstək

Agentlər dünyasında satıcılar etibarlı agentləri tanımaq, onların giriş məlumatlarını yoxlamaq və sistemlərini yenidən qurmadan müştəri münasibətlərini qorumaq üçün bir üsula ehtiyac duyurlar.

“Trusted Agent Protocol” bu problemləri agentə məxsus kriptoqrafik imzalardan istifadə edən yeni spesifikasiyalarla həll edir və aşağıdakı məlumatları əhatə edir:

  • Agentin niyyəti – Agentin satıcıdan müəyyən bir məhsul haqqında daha çox məlumat almaq və ya satın almaq niyyəti olan etibarlı agent olduğuna işarə.
  • İstehlakçının tanınması – İstehlakçının mövcud hesabının olub-olmadığını və ya əvvəllər satıcı ilə əlaqə qurub-qurmadığını göstərən data elementləri.
  • Ödəniş məlumatları – Agentlərin satıcının üstünlük verdiyi sifariş yerləşdirmə və ya ödəniş üsulunu dəstəkləmək üçün ödəniş məlumatlarını ötürmək imkanı var.

Ticarətdə qarşılıqlı fəaliyyətin gələcəyi üçün yaradılmışdır

Bu ilkin spesifikasiyalar bu mərhələdə Visa şəbəkəsinə şamil edilsə də, agentlərin istehlakçı adından təhlükəsiz və etibarlı şəkildə hərəkət etməsinə şərait yaradılması bütün ekosistemi əhatə edən açıq yanaşma tələb edir. IETF, OpenID Foundation və EMVCo kimi qlobal standart orqanları ilə sıx əlaqələr qurmağa çalışırıq. “Trusted Agent Protocol”un (Etibarlı Agent Protokolu) “Agentic Commerce Protocol” kimi bu yaxınlarda elan edilmiş digər protokolları tamamlamasını təmin etmək üçün ekosistem üzrə tərəfdaşlarımızla birgə işləyirik və x402 ilə qarşılıqlı fəaliyyətə uyğunlaşmaq üçün Coinbase ilə əməkdaşlıq edirik.

Əsas HTTP Mesaj İmza standartı əsasında qurulan və Web Both Auth ilə uyğunlaşdırılan “Trusted Agent Protocol” satıcılara və agentlərə mövcud veb-infrastrukturdan istifadə etməklə inam yaratmağa imkan verir. Bu, satıcı veb-saytlarında və ya sifariş yerləşdirmə səhifələrində tələb olunan minimal istifadəçi təcrübəsi (UX) dəyişiklikləri ilə mümkün ola və qeyri-veb mesaj protokollarına genişləndirilə bilər.

Visa haqqında

Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və regionunda istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Şirkətin missiyası innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın hamı üçün genişləndirilməsi bütün dünyada insanların güzəranını yaxşılaşdırır və pulların gələcək qlobal hərəkətinin əsası təşkil edəcək.

Daha ətraflı məlumat üçün: visa.com.