ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff CNBC-yə verdiyi müsahibədə Vaşinqtonun hazırda Tehranla danışıqlar aparmadığını, lakin ABŞ ilə İran arasında əlaqələrin olduğunu bildirib.
“Hazırda onlarla danışıqlar aparmırıq, amma əlaqələrimiz olub”, – deyə o bildirib.
Bu arada, İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikasındakı daxili böhran fonunda ABŞ-a kəskin xəbərdarlıq edib.















