Vitkoff Ukraynada nizamlanmanı mürəkkəb proses adlandırıbbackend

Ukraynada münaqişənin sülh yolu ilə həlli ərazi məsələlərinin həllindən daha mürəkkəb prosesdir.

Bunu Fox News telekanalına müsahibəsində ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff deyib.

“Onlar aydın şəkildə bildirdilər ki, həll sadəcə ərazilərdən imtina etməkdən daha mürəkkəbdir”, o deyib.

ABŞ liderinin xüsusi nümayəndəsinin sözlərinə görə, Ukrayna tərəfi hansı növ təhlükəsizlik təminatı alacağını başa düşməlidir.

O, qərarın Kiyev tərəfindən veriləcəyini də qeyd edib.