Vitkov Rusiya ilə Ukrayna arasında danışıqlarda irəliləyiş olduğunu açıqladıbackend

ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff sosial mediada Rusiya və Ukraynanın Cenevrə danışıqlarında əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirib.

O bildirib ki, ABŞ üçtərəfli danışıqlara moderatorluq edib və münaqişə tərəflərini bir araya gətirmək səyləri “əhəmiyyətli irəliləyişlərə gətirib çıxarıb”.

Vitkoff yazıb: “Hər iki tərəf nəticələri müvafiq liderlərinə bildirmək və razılaşma üzərində işləməyə davam etmək barədə razılığa gəliblər”.

Fevralın 17-də Cenevrədə ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında sülh danışıqlarının yeni mərhələsi baş tutub. Görüş dörd saat yarım davam edib. Danışıqlar fevralın 18-də davam edəcək.