Vitkov Ukrayna ilə bağlı müqavilənin bağlanması şərtini açıqlayıbbackend

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff bildirib ki, Ukrayna sülh içində yaşaya biləcəyinə inanmayana qədər münaqişənin həlli ilə bağlı razılaşma əldə olunmayacaq. Onun sözlərini The New York Post qəzeti sitat gətirib.

Vitkoff deyib: “Ukrayna və onun xalqı diplomatik həll yolu tapılarsa, sülh içində yaşaya biləcəklərinə inanmayana qədər heç bir razılaşma olmayacaq. Son nəticə – sülhün reallığı bu olmalıdır”.

Onun sözlərinə görə, bunun üçün ABŞ və Avropadan “möhkəm təhlükəsizlik protokolları” tələb olunacaq. Trampın elçisi əmin edib ki, bu barədə işlər davam edir.