Vittkoff Qəzza sülh planının yeni mərhələsinin başladığını elan etdibackend

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff Ağ Evin Qəzza sülh planının ikinci mərhələsinin başladığını elan etdi.

O, bu barədə X sosial media platformasında açıqlama verib.

“Bu gün Prezident Tramp adından Prezidentin Qəzzadakı münaqişəyə son qoymaq üçün 20 maddəlik planının ikinci mərhələsinin başlandığını elan edirik. Plan atəşkəsdən demilitarizasiyaya, texnokratik idarəetməyə və yenidənqurmaya keçid mərhələsini əhatə edir”, – Vitkoff yazıb.