Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həyatı üçün təhlükə yoxdur. Bunu siyasətçinin müalicə aldığı “Vivamed” klinikasının direktoru Zurab Çxaidze deyib.
“Onun vəziyyəti ağır hesab edilmir… Xəstədə ümumi zəiflik, başgicəllənmə, vaxtaşırı müvazinət itkisi var və bu, təəccüblü deyil. O, tam yemədiyi üçün huşunu itirməsinin təkrarlana biləcəyi gözlənilir”, – RİA Novosti onun sözlərindən sitat gətirir.
Çxaidze dəqiqləşdirib ki, həkimlər tam hüquqlu müalicə göstərə bilmirlər, çünki Saakaşvili bundan imtina edir. “Həyat üçün heç bir təhlükə yoxdur, lakin tibbi reseptlərdən imtina etməyə davam etsəniz, müxtəlif fəsadlar gözlənilir” dedi Vivamed direktoru.

