Voleybol millimizdə iki ciddi itkibackend

Qadın voleybol millimiz problemlə üzləşib.

İctimai.az xəbər verir ki, millimizin yeni kapitanı, Macarıstanın “Vaşaş” klubunun üzvü Ayşən Abduləzimova Bolqarıstanla dünən keçirilən görüşdə ciddi zədə alıb.

Oyunun gedişatında sol topuğundan zədələnən 26 yaşlı idmançının durumu ciddidir. Onun bu gün Polşa ilə görüşdə oynayıb-oynamayacağı müayinədən sonra bilinəcək. Olimpiada şanslarını itirmiş millimiz, böyük ehtimalla, Ayşən Abduləzimovasız mübarizə aparacaq.

İctimai.az