“The Financial Times” (FT) qəzetinin məlumatına görə, Almaniyanın avtomobil istehsalçısı Volkswagen hazırda İsrailin “Rafael Advanced Defence Systems” şirkəti ilə Almaniyanın Osnabrük şəhərindəki zavodunda “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi üçün komponentlər istehsal etmək barədə danışıqlar aparır.
Tərəflərin raketlərin daşınması üçün lazım olan yük maşınlarının, eləcə də İsrail zenit-raket sistemi üçün buraxılış qurğularının və enerji generatorlarının istehsalı barədə danışıqlar apardığı bildirilir.
Şirkətlər müqavilə imzalayarsa, bu komponentlərin istehsalına 12-18 ay ərzində başlana bilər. Məqalədə deyilir ki, bu ideya Almaniya hökuməti tərəfindən dəstək alıb və bu da tez bir zamanda razılaşma və yeni istehsalın başlanması şansını artırır.















