TASS xəbər verir ki, İsveçin Volvo şirkəti Rusiyada üç əmtəə nişanının qeydiyyata alınması üçün Rospatentə müraciət edib.
“Konsernin avtomobillər istehsal etdiyi Volvo ticarət nişanları Malların və Xidmətlərin Beynəlxalq Təsnifatının (ICGS) üç sinfi (No. 07, 12 və 37) üzrə təqdim edilib ki, bunlara yük maşınları və minik avtomobilləri, furqonlar və avtobuslar, dəzgahlar və mühərriklər, həmçinin təmir və texniki xidmət daxildir”.
İsveçin avtomobil istehsalçısı Volvo 2022-ci ilin fevralında Rusiyadakı fəaliyyətini dayandırıb.















