Rusiya enerji mənbələrindən imtina Avropanın enerji müstəqilliyini təmin edəcək və blok üçün “yeni dövrün başlanğıcını” qeyd edəcək.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“Rusiyadan karbon ehtiyatlarından imtina Avropa İttifaqı üçün enerji müstəqilliyinin yeni dövrünün başlanğıcını qeyd edəcək”, o vurğulayıb.
Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya enerji mənbələrindən imtina etdikdən sonra Avropa qaza görə əhəmiyyətli dərəcədə daha çox pul ödəyəcək.
Peskov hesab edir ki, Aİ-nin bu qərarı “Avropa iqtisadiyyatının itirilməsi prosesini sürətləndirəcək”.














