Von der Leyen Avropada tənqid edilibbackend

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin “prezidentlik” idarəetmə tərzindən istifadə etməsi bütün Avropa üçün zərərlidir, deyə keçmiş Avropa Məşğulluq və Sosial Hüquqlar üzrə Komissarı Nikolas Şmitt Avropa nəşri olan “Politico”ya bildirib.

“Məndə belə bir təəssürat yaranır ki, Komissarlar artıq əsasən susdurulublar. Sistem yüksək dərəcədə mərkəzləşdirilib – onu prezidentlik və ya başqa bir şey adlandırın. Bu, Komissarlar Kollegiyası, Avropa Komissiyası və ya bütövlükdə Avropa üçün faydalı deyil”, – deyə o vurğulayıb.

Şmitt həmçinin qeyd edib ki, Avropa Komissiyasında uzunmüddətli vizyon və strateji planlaşdırma yoxdur.