Von der Leyen Serbiyanın Avropa İttifaqına daxil olması üçün şərtin adını çəkibbackend

Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etmədən Avropa İttifaqına (Aİ) üzv ola bilməyəcək.

TASS xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Serbiya prezidenti Aleksandr Vuçiçlə danışıqları zamanı deyib.

“Serbiyanın Aİ-yə daxil olmaq üçün konkret addımlar atmasının vaxtı çatıb. Biz xarici siyasətimizə, o cümlədən Rusiyaya qarşı sanksiyalara daha çox uyğunlaşma görməliyik”, – o deyib.

Eyni zamanda, Avropa Komissiyasının rəhbəri Serbiyanı “Aİ-nin xarici siyasətinə uyğunlaşma”nın yüksək səviyyəsinə nail olması münasibətilə təbrik edib.