Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Almaniya kansleri Fridrix Merz dekabrın 5-də Belçikanın baş naziri Bart de Veverlə görüşdə Rusiya aktivlərinin ələ keçirilməsi ilə bağlı konsensusa gələ bilməyiblər.
Bu barədə Von der Leyenin özü X sosial media platformasında məlumat verib.
“Belçikanın dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı xüsusi vəziyyəti danılmazdır və bütün Avropa dövlətlərinin eyni dərəcədə risk altında olmasını təmin edəcək şəkildə həll edilməlidir” dedi.
Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, tərəflər dekabrın 18-də Avropa Şurasının iclasında konsensusa nail olmaq məqsədi ilə məsələ ilə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəliblər.














