Amerikanın “Voyager Space” şirkəti və Avropanın aerokosmik nəhəngi “Airbus” 2028-ci ilə qədər “Starlab” özəl orbital stansiyasının inkişafı, tikintisi və istismarı üzrə birgə müəssisənin yaradılması haqqında saziş imzalayıb. Bu barədə şirkətlərin press-relizində deyilir.
Starlab layihəsinin Beynəlxalq Kosmik Stansiyaya kommersiya alternativi olması nəzərdə tutulur. Bildirilir ki, stansiya ekipajı qəbul edə və insanların orbitdə daimi olmasını təmin edə biləcək.
2021-ci ilin dekabr ayında Voyager Space və Lockheed Martin Yer Orbitinin İnkişaf Proqramının bir hissəsi olaraq kommersiya orbital stansiyanın yaradılması üçün NASA-dan 160 milyon dollar aldı. İndi Voyager Space və Airbus Starlab yaratmaq üçün qüvvələrini birləşdirir.
Mənbə: TASS

