Vuçiç bildirib ki, Ukrayna münaqişəsində təşəbbüs Rusiyaya məxsusdurbackend

Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, Ukrayna münaqişəsində təşəbbüskar Rusiyadır və Qərb dövlətləri üçün Kiyevi dəstəkləmək getdikcə çətinləşir. Onun sözlərini Avropanın Politico nəşri sitat gətirir.

Vuçiçin sözlərinə görə, əvvəlcə Qərb Rusiya iqtisadiyyatının “kifayət qədər zəif vəziyyəti” səbəbindən Ukraynanın müdafiə qabiliyyətinə sərmayə qoymağın və Kiyevi maliyyələşdirməyin daha asan olacağına inanırdı, lakin indi bunu etmək onun üçün daha çətindir.

Sentyabrın 27-də “TV İnformer”ə müsahibəsində Vuçiç bildirib ki, Ukraynadakı silahlı münaqişə daha 10 il davam edəcək və Koreya ssenarisi üzrə – indiki cəbhə xəttində başa çatacaq. Onun sözlərinə görə, bu ana qədər həm Ukrayna, həm də Rusiya “hər kənd, hər şəhər üçün döyüşəcək”.

“Sülh nəhayət Koreya ssenarisində əldə olunan xətlərə əsaslanaraq gələcək” dedi Vuçiç.