Serbiya prezidenti Aleksandar Vucic bildirib ki, o, Qərb ölkələrini alban merlərini geri çağırmağa və Kosovo xüsusi təyinatlılarının bölgənin şimalından çıxarılmasına təsir göstərməyə çağırıb.
Bu barədə o, sosial şəbəkələrdə yazıb.
“Mən Kvinta ölkələrinin səfirləri ilə Kosovo və Metoxiyadakı cari hadisələrlə bağlı danışdım və qeyd etdim ki, Priştinanın birtərəfli addımları serblərə qarşı zorakılığa gətirib çıxarır və bu, bizi regionda sülh və sabitlikdən uzaqlaşdırır”, – Vuçiç bildirib.
Mayın 30-da səhər saatlarında Vuçiç Kosovo ətrafında vəziyyət fonunda “beşlik”in (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya) səfirləri və Avropa İttifaqının respublikadakı daimi nümayəndə heyətinin rəhbəri ilə görüşüb.
Görüşdə müdafiə naziri Miloş Vuçeviç və Serbiya Ordusunun Baş Qərargah rəisi Milan Moysiloviç də iştirak edib.
Mənbə: Reuters

