Vuçiç Serb ordusunu maksimum hazır vəziyyətə gətirdibackend

Serbiya prezidenti Aleksandr Vuçiç özünü Kosovo adlandıran ölkədəki vəziyyətlə əlaqədar ölkə ordusunu maksimum hazırlıq vəziyyətinə gətirib.

Bu barədə “Kurir” telekanalı məlumat yayıb.

Bildirilir ki, Serbiya rəhbəri ölkə Silahlı Qüvvələrinin döyüş hazırlığının ən yüksək səviyyədə artırılması haqqında sərəncam imzalayıb və onlara təcili olaraq Kosovo və Metoxiya ilə inzibati xətt istiqamətində hərəkət etməyi tapşırıb.

Kuririn sözlərinə görə, Vuçiç bu addımı Kosovo polisinin Zveçan, Zubin Potok və Leposaviçdə serb əhaliyə qarşı zorakılığı səbəbindən atıb.

Mənbə: RİA Novosti