Vuçiç Serbiyadakı etiraz aksiyalarının təşkilatçılarını və məqsədini açıqlayıbbackend

Xarici kəşfiyyat xidmətləri ölkədəki etirazlardan istifadə edərək Serbiyanı daxildən məhv etməyə çalışır.

RİA “Novosti” xəbər verir ki, bunu respublika prezidenti Aleksandr Vuçiç deyib.

“Problem məni devirmək istəmələrində deyil, problem Serbiyanı məhv etmək istəmələrindədir. Və son aylarda gördüyümüz şey xarici kəşfiyyat orqanlarının ölkəmizi məhv etmək üçün birbaşa cəhdidir”, – Vuçiç Trstenik şəhərində vətəndaşlar qarşısında çıxışı zamanı deyib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, rusların Serbiyadakı nümayişlərdə mümkün iştirakı barədə məlumat yoxdur.