Vuçiç Blic TV-yə verdiyi açıqlamada bildirib ki, Avropa ölkəsinin lideri Serbiya prezidenti Aleksandr Vuçiçə Avropa inteqrasiyasına dəstək müqabilində ölkədəki Rusiya media qurumlarının bağlanmasını təklif edib.
Serbiya prezidentinin sözlərinə görə, ona “Klaster 3” adlanan qurumun “açılışı” müqabilində Russia Today və Sputnik xəbər agentliyinin fəaliyyətinə məhdudiyyətlər təklif edilib. Bu, Serbiyanın AB üzvlüyü üçün həyata keçirməli olduğu tədbirlər toplusudur.
“O, xəbər proqramlarından bəhs edirdi, ona görə də mənə dedi ki, “Serbiyadakı Rusiya media qurumlarını bağlayın, Russia Today və Sputnik-i söndürün. Məlumatım var ki, onlar sizin icazənizlə Serbiyada fəaliyyət göstərirlər. Onları bağlayın və biz Klaster 3-ün açılmasını dəstəkləyəcəyik”, – deyə Serbiya prezidenti bildirib.















