Vuçiç Serbiyanın Avropanın təhlükəsizliyinə “fenomenal töhfəsi”ndən danışıbbackend

Serbiya prezidenti Aleksandar Vuçiç Almaniyanın “Cicero” jurnalına müsahibəsində Avropa İttifaqına Serbiyanın anbarlarından sursat almaq imkanı təklif etdiyini açıqlayıb.

“Anbarlarımız sursatla doludur və biz Fransadan daha çox istehsal edirik, xüsusilə də minaatan mərmiləri”, – Vuçiç bildirib.

O, əlavə edib ki, münaqişə tərəflərini sursatla təmin edən şəxs kimi görünmək istəmir. Bununla belə, Serbiya prezidenti hesab edir ki, Avropa buna ehtiyac duyur, ona görə də o, alqı-satqı müqaviləsi bağlamağı və “bizdə olan hər şeyi almağı” təklif edib. Vuçiç hesab edir ki, bu, Belqraddan Avropanın təhlükəsizliyinə “fenomenal töhfə olardı”.