“Son bir həftə ərzində xarici səfərdə olduğum üçün qardaşım Qubad İbadoğlunun həbsi ilə bağlı medianın suallarını cavablandırmaq imkanım yox idi”.
Oxu.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu gündən Bakıdadır və yenə də hörmətli jurnalistlərin fərqli mövzular üzrə sorularını cavablandıra biləcək:
“Qeyd edim ki, ölkədən kənarda olduğum müddətdə cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar sadəcə təəssüf doğurur. İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək. Eyni zamanda Qubad bəyin qəbul etdiyi dərman ləvazimatlarının mütəmadi təminatı üçün müvafiq dövlət qurumları ilə təmaslarımı gücləndirərək, bu məsələdə də nə mümkündür edəcəyəm. Allah bütün məhbusların qapısını açsın”, – deyə deputat qeyd edib.