Rusiya Federal Gömrük Xidmətinin Volqa bölgəsi Gömrük İdarəsinin məlumatına görə, vyetnamlı sərnişin Ufa hava limanında timsah başı ilə tutulub.
İnsident Vyetnamdan uçan təyyarə Ufa hava limanına çatan zaman baş verib. Gömrükçülər sərnişinlərdən birinin baqajından doldurulmuş timsah başı aşkar ediblər; kişi yaşıl dəhlizlə gedirdi. Onun əlində timsah başını aldığını sübut edən heç bir sənəd və ya idxal sertifikatı olmayıb.
Baş müsadirə edilərək ekspertizaya göndərilib. Ekspertiza başın nəsli kəsilməkdə olan sürünən növlərinin siyahısına daxil olub-olmadığını müəyyən edəcək. Ekspertizanın nəticələrinə əsasən prosessual qərar veriləcək.













