“Vaşinqton Post” qəzetinin işçiləri ixtisarlara və uzunmüddətli müqavilə danışıqlarına etiraz edərək dekabrın 7-də 24 saatlıq tətil keçirəcək, TASS xəbər verir.
Dərc olunmuş bəyanatda bildirilir ki, qəzetin birliyinin üzvləri il yarımdır ki, rəhbərliklə daha ədalətli müqavilələr üzrə danışıqlar aparmağa çalışırlar. Lakin qəzetin rəhbərliyi danışıqları normal aparmaqdan imtina edərək, maaşlar, maaşların artırılması, uzaqdan işləmə siyasəti və işçilərin psixi sağlamlığının dəstəklənməsi ilə bağlı dialoqu pozub. Qəzetin əməkdaşları da rəhbərliyin apardığı ştat ixtisarına qarşı çıxıblar. Belə ki, son bir il ərzində “Vaşinqton Post” qəzetindən 40 nəfər işdən çıxarılıb.
Buna görə də birlikdən bildirilib ki, qəzetin əməkdaşları dekabrın 7-də 24 saatlıq tətil keçirəcək. Jurnalistlər oxuculardan 24 saat ərzində Washington Post-un heç bir materialına baxmamağı xahiş ediblər.
Mənbə: TASS

