“WhatsApp” tərtibatçıları istifadəçilərə videozənglər zamanı həmsöhbətlərinə ekranlarını yayımlamağa imkan verən yeni funksiya təqdim ediblər. Bu barədə 9to5mac portalı məlumat yayıb.
Yenilik artıq Android və iOS sistemlərində WhatsApp istifadəçiləri üçün əlçatandır. Ekranı həmsöhbətlə bölüşmək üçün Android istifadəçiləri videozəngə başlamalı və zəngi bitirmək düyməsinin yanında yerləşən müvafiq düyməni sıxaraq seçimlərini təsdiqləməlidirlər. Eynilə, bu funksiya iPhone-da aktivləşdirilib.
Yeni funksiyanın tətbiqi tədricən baş verir, ona görə də bəzi istifadəçilər artıq buna malikdir, digərlərində isə yoxdur. Yaxın vaxtlarda yenilik Android və iOS sistemlərində bütün WhatsApp istifadəçiləri üçün əlçatan olacaq. Gələcəkdə funksiyanın Windows üçün messencer əlavəsində də həyata keçirilməsi planlaşdırılır.
Mənbə: 9to5mac

