WhatsApp-da hesabın sındırılmasının əlamətləri

WhatsApp hesabının sındırıldığını söyləmək mümkün deyil. Eyni zamanda, messencerdəki hesabın oğurlandığını göstərən bir neçə dolayı əlamətlər var.

Bu barədə “Prime” agentliyi “Security Code” şirkətinin informasiya təhlükəsizliyi üzrə mütəxəssisi Mariya Fesenkoya istinadən məlumat verib.

Fesenkonun sözlərinə görə, dolayı əlamətlərə WhatsApp proqramının dondurulması, onun ixtiyari olaraq yenidən işə salınması, zənglər zamanı müdaxilə və kənar səslər, internet trafikinin artması, həmçinin smartfonun batareyasının həddən artıq xərclənməsi və qızması daxildir. Ekspert onu da əlavə edib ki, sonradan WhatsApp-ın sındırılmasına səbəb olan zərərli proqram təminatının əsas mənbələri fişinq səhifələri vasitəsilə smartfonlara nüfuz edir.

“Potensial telefon dinlənməsini dayandırmağın ən yaxşı yolu proqramı silmək və ümumiyyətlə həssas məlumatların sızması riskini minimuma endirməkdir” dedi.

Mənbə:Autotech

Oxşar xəbərlər