WABetaInfo portalının məlumatına görə, iOS üçün WhatsApp-ın ən son versiyasında öz şəkillərinizdən fərdi stikerlər yaratmaq imkanı verir.
Yeniliyin ilkin işləməsi iOS 16 ilə işləyən iPhonelar üçün nəzərdə tutulub.
Öz stikerinizi yaratmaq üçün Fotolar tətbiqini açmalısınız. Qalereyada şəkil seçdikdən sonra fotoda istədiyiniz obyekti tutub WhatsApp-dakı söhbətə dartmalısınız.
Göndərməzdən əvvəl messencer obyekti fotodan stikerə çevirməyi təklif edəcək. Bundan sonra stiker istifadəçinin kolleksiyasında saxlanacaq.
Mənbə: Lenta.ru
İctimai.az
