WhatsApp ödənişli funksiyalar təqdim edə bilər

“WhatsApp” tərtibatçıları Telegram-dan nümunə götürərək öz messencerinə ödənişli premium abunə tətbiq edə bilərlər. RİA Novosti bu barədə Sosial Şəbəkələrin və Messencerlərin Peşəkar İstifadəçiləri Assosiasiyasının direktoru Vladimir Zıkovun sözlərinə istinadən xəbər verir.

Zıkovun sözlərinə görə, WhatsApp sistemli şəkildə Telegram-ın bütün yeni funksiyalarını təkrarlayır. Mütəxəssis hesab edir ki, amerikalı messencer məhz bu şəkildə aktuallığını itirməməyə və 2000-ci illərdə olduqca populyar ICQ xidmətinin taleyini təkrarlamamağa çalışır.

“WhatsApp-da artıq xəbər kanalları var və orada premium abunə mütləq görünəcək…”, agentlik Zıkovdan sitat gətirir.

Mənbə: Haber Global

Related Post