WhatsApp istifadəçilərə mesaj mətnini spoyler arxasında gizlətməyə imkan verən yeni bir funksiyanı təqdim etməyə hazırlaşır.
Bu barədə TestFlight vasitəsilə iOS-un son sınaq versiyasında funksiyaya istinadlar aşkar edən WABetaInfo (WBI) məlumat verib.
Mənbəyə görə, istifadəçilər fərdi sözləri və ya bütün mesajları gizlədə biləcəklər. Bu prosesdən sonra mətn boz zolağın arxasında gizlədiləcək. Məzmunu görmək üçün alıcı gizli sahəyə toxunmalıdır. Oxşar funksiya Telegram-da 2021-ci ilin sonlarından bəri mövcuddur.














