WhatsApp tərtibatçıları Telegram-ın əsas funksiyasını “oğurlayıblar”backend

Android üçün WhatsApp-ın 2.23.8.6 beta versiyasının kanalları göstərən bölməsi olduğu aşkarlanıb.

Bu barədə WABetaInfo portalı məlumat yayıb.

2023-cü ilin fevralında WABetaInfo portalı WhatsApp-ın xəbər lenti texnologiyasına malik olacağı barədə məlumat aşkar etdi və çox güman ki, bu funksiyanın adı kanallar olaraq dəyişdirildi.

Onlar Yeniləmələr adlı ayrıca tabda mövcud olacaqlar. Eyni bölmədə istifadəçinin kontaktlarının statusu göstərilir.

Qeyd olunur ki, kanal iştirakçıları ilə bağlı məlumatlar, o cümlədən onların nömrələri gizlədiləcək. Bununla belə, kanallara göndərilən mesajlar başdan-başa şifrələnməyəcək.

Mənbə: AA

İctimai.az