“WhatsApp”ın Android-də ən son beta versiyalarında eyni anda bir neçə smartfondan bir hesabdan istifadə etmək imkanı aşkar edilib, Gazeta.Ru-nun müxbiri qeyd edib.
Əvvəllər bu funksiya yalnız Android əməliyyat sistemi ilə işləyən bir sıra smartfon və planşetlər üçün mövcud idi.
Belə ki, 2.23.8.2 və daha yuxarı nömrə altında Android üçün WhatsApp-ın beta versiyasını yüklədikdən sonra istifadəçi ikinci smartfonundan əsas hesaba daxil ola bilər. Bunun üçün ikinci cihazda nömrənin qeydiyyatı səhifəsində ekranın yuxarı sağ küncündə yerləşən üç nöqtənin üzərinə vurub “Mövcud hesaba keçid”i seçməlisiniz.
Sonra əsas smartfonu götürməli, WhatsApp-ın əsas səhifəsindəki üç nöqtəni vurmalı və “Əlaqəli cihazlar” bölməsini seçməli və sonra ikinci smartfonda görünən QR kodunu skan etməlisiniz.
İctimai.az
