Wildberries-in rəhbəri Tatyana Bakalçuk RBC-yə müsahibəsində şirkətin Çin bazarına daxil olduğunu təsdiqləyib. Y
erli satıcılar və istehsalçılar məhsullarını onun mövcud olduğu bütün ölkələr üçün sayta birbaşa tədarük edəcəklər.
“İndi biz Çindən olan istehsalçılar və satıcılarla işləməyə başlayırıq – onlar bizim mövcud olduğumuz bütün ölkələr üçün məhsullarını saytımıza birbaşa tədarük edəcəklər” dedi.
Sahibkarın sözlərinə görə, bu hal Rusiya biznesinə heç bir təsir göstərməyəcək, prioritet olaraq qalacaq. O, izah etdi ki, hazırda şirkətin ümumi dövriyyəsinin 90%-i Rusiyadan, qalan hissəsi isə şirkətin xaricdəki fəaliyyətidir.
Mənbə: Lenta.ru











