“Microsoft” şirkəti “Windows 11” əməliyyat sistemində kompüter parametrlərini idarə etməyi öyrənəcək süni intellekt funksiyalarının genişləndirilməsini elan edib.
Bu barədə şirkətin bloqunda deyilir.
Şirkətin rəsmi bloqunda məlumat verildiyi kimi, yaxın gələcəkdə istifadəçilər birbaşa cihazda işləyəcək AI agentindən istifadə edərək sistem parametrlərini idarə edə biləcəklər.
Yeni funksiya Windows Parametrləri interfeysinin təkmilləşdirilməsini qeyd edən və daha intuitiv fərdiləşdirmə alətlərinə ehtiyac olduğunu bildirən istifadəçilərin rəylərinə cavab olaraq hazırlanır.
Süni intellekt agenti sadə mətn əmrlərindən istifadə edərək, siçan göstəricisinin ölçüsünü dəyişdirmək və ya səslə idarəetməni aktivləşdirmək kimi bir çox işi yerinə yetirməyə imkan verəcək. Sorğunu təhlil etdikdən sonra agent müvafiq hərəkətləri təklif edəcək və istifadəçinin icazəsi varsa, onları avtomatik yerinə yetirəcək.