World Athletics qadınlar üçün məcburi gender testini təqdim edibbackend

World Athletics qadınlar üçün məcburi gender testini tətbiq edib. Bunu bacarmayanlar qadın yarışlarında yarışa buraxılmayacaqlar.

Bu barədə Sport.pl məlumat yayıb.

“Ümumiyyətlə, yaxşı haldır ki, belə sınaqlar olacaq. “O, kişiyə uduzdu” kimi müzakirələr dayanacaq. Atletlərin problem yaşamaması üçün testlər lazımdır”, – Polşanın atletika üzrə milli komandasının həkimi Yaroslav Krjivanski deyib.

Qeyd olunur ki, bir çox polşalı idmançılar sentyabrda Tokioda keçiriləcək dünya çempionatında iştiraka icazə almaq üçün artıq cinsini təsdiqləməyə qərar veriblər.