WSJ Gerşkoviçin həbsi fonunda bütün rusiyalı jurnalistlərin və səfirin ABŞ-dan qovulmasına çağırıbbackend

“Wall Street Journal” Rusiyada casusluqda şübhəli bilinən müxbiri Evan Qerşkoviçin həbsi fonunda ABŞ hakimiyyətini Rusiya səfirinin və ölkədə çalışan bütün jurnalistlərin ölkədən çıxarılması kimi cavab tədbirləri görməyə çağırıb.

Bu barədə WSJ məlumat yayıb.

Qerşkoviç Yekaterinburqda ABŞ hökumətinə casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.

“Prezident Bayden administrasiyası diplomatik və siyasi eskalasiyanı nəzərdən keçirməli olacaq. Rusiyanın ABŞ-dakı səfirinin, eləcə də burada çalışan bütün rusiyalı jurnalistlərin ölkədən qovulması…”, – media əlavə edib.

Mənbə: TASS

İctimai.az