X sosial şəbəkəsi Maskın yəhudilər haqqında söylədiyi sözlərə görə milyonlarla dollar zərər çəkə bilərbackend

Amerikalı milyarder və sahibkar İlon Maska məxsus X sosial şəbəkəsi (keçmiş Twitter) biznesmenin yəhudilər haqqında söylədiyi sözlərdən sonra bir sıra reklamçıların əməkdaşlıqdan imtina etməsi səbəbindən 75 milyon dollara qədər itirə bilər.

Bu barədə The New York Times (NYT) şirkətin daxili sənədinə istinadən yazır.

Nəşrin məlumatına görə, onlarla iri brend onunla əməkdaşlığı dayandırdıqdan sonra sosial şəbəkə bu ilin sonuna qədər bu qədər reklam gəlirini itirə bilər. NYT-nin məlumatına görə, 200-ə qədər reklamçı şirkətlə əməkdaşlığı dayandıra bilər.

Sosial şəbəkənin satış departamentinin məlumatına görə, reklam verənlər geri qayıtmasa, ilin sonuna qədər itkilər bu məbləğə çata bilər, qəzet yazır.

Mənbə: CNN türk