Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıbbackend

Xaçmaz rayonunda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb.

Oxu.Az-ın “Report”a istinadən məlumatına görə, 15 yaşlı Elçin Elman oğlu Bağırovun meyiti səhər saatlarında bataqlıqdan tapılaraq aidiyyəti üzrə təhvil verilib.

E.Bağırov rayonun Niyazabad kənd tam orta məktəbinin IX sinfində təhsil alıb. Onun 15 yaşı aprelin 17-də tamam olub.

Faktla bağlı araşdırma aparılır.