Xaçmazda iki yük avtomobili toqquşdubackend

“Gəndob -Yalama yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs Xaçmaz rayon sakini Qədirov Samil Emin oğludur”.

Bu məlumatı Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev verib.

“Hadisə bu gün saat 10-da Gəndob-Yalama yolunun 29-cu kilometrliyində qeydə alınıb.

“IVECO” markalı 01-AD-360 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 99-HV-337 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı sprinter toqquşub. Qəza nəticəsində bir nəfər ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”, – deyə M.Ağayev bildirib.