Naməlum şəxslər Qana prezidenti Con Mahama-nın X sosial şəbəkəsindəki hesabını sındıraraq kriptovalyutanı reklam etmək üçün istifadə etməyə başlayıblar.
Bu barədə GhanaWeb portalı ölkənin Milli Kibertəhlükəsizlik Təşkilatına istinadən məlumat yayıb.
Martın 17-də səhər saatlarında şöbə əməkdaşları prezidentin hesabının sındırıldığını öyrəniblər. Hazırda onlar X sosial şəbəkəsinin mütəxəssisləri ilə insidentin həlli və gələcəkdə oxşar haker hücumlarının qarşısının alınması üçün işləyirlər.
Qana prezidentinin sözlərinə görə, onun hesabına giriş bərpa edilib.