Xalq artisti efirə yeni imicdə çıxdı – VİDEObackend

“İmicimi ciddi şəkildə dəyişdim. 48 yaşa çatmışam, ilk dəfədir ki, saçlarımı bu dərəcədə qısa kəsdirmişəm”.

Oxu.Azxəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev AzTV-də yayımlanan “Gündəlik” sosial-ictimai proqramda qonaq olan zaman deyib.

Sənətçi imicini dəyişmək üçün risk etdiyini açıqlayıb:

“10 il idi ki, saçlarımı qısa kəsdirmək istəyirdim. Saç ustalarım deyirdilər ki, kəssək, əsəbiləşib bizi döyərsiniz (gülür). Buna görə də, risk etmirdilər. Amma bu dəfə risk etdim.

Karantindən faydalanıb, gözəl bir fotosessiya da etdim. Yaxın günlərdə həmin fotosessiyanı təqdim edəcəyəm”.

Video üçün aşağıdakı linkə daxil ola bilərsiniz

//baku.tv/az/soubiznes/18201/

İctimai.az