Xalq artisti Sadıq Zərbəliyevin bu gün ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, hazırda Xalq artistinin müalicəsi Terapiya şöbəsində davam etdirilir:
“Noyabrın 15-də Xalq artisti Sadıq Zərbəliyev Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsinə qəbul edilib. Xəstəyə ürəyin işemik xəstəliyi, ağciyər-ürək çatışmazlığı, sağtərəfli plevro-pnevmoniya diaqnozu təyin edilib.
Hazırda Terapiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir. Bu gün ambulator müalicə üçün evə buraxılması planlaşdırılır”.