Xalq ölkəmizin maraqlarını satanları yaxşı tanıyırbackend

Zəngin tarixə malik və dünyanın ən qədim məkanlarından olan Azərbaycan hər zaman qəhrəmanlıq, mübarizlik, birlik nümunəsi kimi dünyada tanınıb.
Tarixin səhifələrinə yenidən baxsaq, görərik ki, Azərbaycan müstəqillik əldə etmək və onu qorumaq üçün hansı çətinliklərdən, mübarizələrdən keçib.
Xüsusilə ötən əsrin sonlarını xatırlamaq kifayət edir ki, 20-ci əsrin sonları Azərbaycan xalqı özlərini siyasətçi, lider adlandıran bir qrup saxtakarların əlindən zülm çəkirdi.

1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gələnə qədərki müddət ərzində ölkədə xaos hökm sürür, özbaşınalıq, siyasi qeyri-sabitlik tüğyan edirdi. Məhz Ulu Öndər Heydər Əliyevin prezident seçilməsindən sonra ölkədə baş verən xaos aradan qalxdı, ölkəmiz istər daxili, istərsə də beynəlxalq çərçivədə sürətlə inkişaf etməyə başladı.

Bu gün onun Ulu Öndərin siyasi kursunu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ən yüksək səviyyədə və layiqli formada davam etdirir. Azərbaycan nəinki regionda, bütün dünyada öz sözünü deyir, aparıcı rol oynayır.

2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi və bu Qələbə xalqın dövlətinə, onun başçısına, ordusuna inamı, birliyi nəticəsində reallaşdı.

Təbii ki, aparılan uğurlu siyasət, xalqın Prezidenti və dövlətinin yanında olması ölkədə bir qrup özünü siyasətçi adlandıran aciz insanları qıcıqlandırır. Müxtəlif ölkələrdən qrant alaraq, öz ölkəsini pisləyən, daxili sabitliyi pozmağa çalışan bu dırnaqarası müxaliflər qeyri-peşəkarlıq nümayiş etdirir.
Belə insanlardan biri də, vaxtı ilə siyasətdə öz düşüncəsi ilə “böyük izlər” qoymuş, antimilli ünsür olan Nemət Pənahlıdır.

Ötən əsrin sonlarında sahibsiz qalan ölkədə xalqın başını müxtəlif nağıllarla aldadan, ölkədə daxili sabitliyin pozulması istiqamətində fəallıq göstərən, xarici xüsusi xidmət orqanlarına çalışan Nemət Pənahlı bu gün ölkəmizin inkişafını, qələbələrini qəbul edə bilmir. Edə də bilməyəcək, əsla! Çünki onlar bu cəmiyyət tərəfindən heç zaman qəbul edilməyəcəklər. Xalqımız kimin kim olduğunu çox yaxşı bilir, elə Nemət Pənahlı kimi ölkəsinin maraqlarını pul əvəzinə satanlar kimi.
Azərbaycan xalqı öz Prezidentinin, dövlətinin yanındadır, hər zaman da dəmir yumruq kimi olacaq!

Fuad Heydərli,
YAP Səbail rayon təşkilatının məsləhətçisi